"Bunu həyata keçirdiyimiz üçün sevinirik” - Ayxan Abbasov

"Bunu həyata keçirdiyimiz üçün sevinirik” - Ayxan Abbasov

“Futbolçulara təşəkkür edirəm. Malta ilə oyunda məğlub olduğumuz üçün bu gün qalib gəlmək istəyirdik".

"Mediasport" xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov deyib.

Mütəxəssis Macarıstanda San Marino ilə keçirilən yoldaşlıq oyunu haqda danışıb, 2:1 hesablı qələbəni şərh edib:

"Millətlər Liqası öncəsi son toplanışımız olduğundan, hamını meydanda görməyə çalışdıq. Məşqlə oyun fərqli olur.

Heyətdə dəyişikliklər də etmişdik. Malta ilə matçda olduğu kimi, bu gün də əsas problemimiz qol vəziyyətlərindən lazımınca yararlana bilməməyimiz oldu.

Oyunun tempi normal idi, hücumlar edirdik. Həm futbolçular, həm də biz qalib gəlmək istəyirdik. Bunu həyata keçirdiyimiz üçün sevinirik”.

Xatırladaq ki, yığmamız 4 gün əvvəl baş tutan yoldaşlıq görüşündə Malta futbolçularına uduzmuşdu (0:2).