Qubada III “Ulduz Cup” beynəlxalq futbol turniri start götürdü

Qubada III “Ulduz Cup” beynəlxalq futbol turniri start götürdü

Qubada III “Ulduz Cup” beynəlxalq futbol turniri start götürüb.

"Mediasport" xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunan turnirdə ümumilikdə 7 ölkədən 12 komanda mübarizə aparır.

Azərbaycanı "Ulduz", "Zirə", "Sabah", "Neftçi" və "Qarabağ", Özbəkistanı "Paxtakor" və "Bunyodkor", Gürcüstanı "Dinamo" (Tbilisi), Polşanı "Drukarz", Türkmənistanı "Altın Taç", Qırğızıstanı "Sduşorsi", Qazaxıstanı isə "Kayrat" komandaları təmsil edir.

İlk qarşılaşmalarda “Sabah” “Paxtakor”a (0:2), “Neftçi” “Dinamo"ya (0:4), "Sduşorsi" isə “Kayrat”a uduzub (0:4).

Avqustun 27-dək keçiriləcək qarşılaşmalar Gənclər və İdman Nazirliyinin rəsmi “Youtube” kanalında canlı yayımlanacaq.