"Şanslarımız olsa da, kifayət qədər qol vurmadığımız üçün narazıyam"

"Şanslarımız olsa da, kifayət qədər qol vurmadığımız üçün narazıyam"

"Azarkeşləri qələbə münasibətilə təbrik edirəm. Bu qələbə vacib idi. Yaxşı oyun oynadığımıza və qalib gəldiyimizə çox şadam".

"Mediasport" xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda "Mingəçevir"lə keçirilən pley-off matçından sonra (2:0) fikirlərini bölüşüb:

"Şanslarımız olsa da, kifayət qədər qol vura bilmədiyimizə görə narazıyam. Bu oyunda çox çalışdıq. Güclü məşqçi ilə qarşılaşdıq. Bu, onların üstünlüyü idi. Amma biz daha güclü idik və layiqli qələbə qazandıq".

Bu, "Qəbələ"nin baş məşqçisi kimi son oyununuz idi?

- Hazırda müqaviləm var. Başqa suallarınız varsa, kluba ünvanlaya bilərsiniz.