Fernandu Santuş Azərbaycan xalqına təşəkkür etdi

Fernandu Santuş Azərbaycan xalqına təşəkkür etdi

"AFFA prezidentinə mənə göstərdiyi hörmət və şəxsi diqqət üçün təşəkkürümü bildirirəm. Azərbaycan xalqına da bu müddətdə göstərdikləri qonaqpərvərliyə və qayğıya görə minnətdaram".

"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının sabiq baş məşqçisi Fernandu Santuş deyib.

AFFA-nın portuqaliyalı ilə müqaviləyə xitam verməsindən sonra o, millimizə təyinat aldığı ərəfədə hazırladığı plandan söz açıb:

"Azərbaycan Futbol Federasiyası tərəfindən 2024-cü ilin iyununda mənə verilən əsas vəzifə ölkə futbolunun texniki və infrastruktur baxımından təməllərini yenidən qurmaq, yarış sistemlərini və akademik hazırlığı inkişaf etdirməklə 2028 Avropa Çempionatının seçmə mərhələsinə rəqabətədavamlı komanda çıxarmaq idi.

Mən 2024-cü ilin sentyabrında, əvvəl çalışdığım federasiyalarda hazırladığım layihələrə bənzər, lakin uyğunlaşdırılmış geniş bir plan təqdim etdim. Ümid edirəm ki, bu layihə AFFA üçün faydalı olacaq, lazımi investisiyaları təşviq edəcək və futbol istedadlarının yetişdirilməsinə şərait yaradacaq. Hamınıza uğurlar arzulayıram".

Xatırladaq ki, millimizi DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə oyuna U-21 komandamızın baş məşqçisi Ayxan Abbasov çıxaracaq.