Dünya çempionatının açılış matçını hansı hakimlər idarə edəcəklər?
İyunun 11-də start götürəcək futbol üzrə dünya çempionatının açılış matçı braziliyalı hakimlərə həvalə edilib.
"Mediasport" xəbər verir ki, meydan sahibi Meksika və Cənubi Afrika Respublikası arasında keçiriləcək oyunda əsas söz sahibi Vilton Sampaio olacaq.
Ona Bruno Pires və Bruno Boşilya kömək edəcəklər.
Nikolas Qallo isə VAR hakimi funksiyasını yerinə yetirəcək.
Qarşılaşma Bakı vaxtı ilə 23:00-da start götürəcək və İTV vasitəsilə canlı yayımlanacaq.
Xatırladaq ki, DÇ-2026-da ümumilikdə 52 baş hakim, 88 köməkçi hakim və 30 VAR hakimi işləyəcək.


