Niderland, Yaponiya və İsveç yığmaları 1/16 finala çıxdılar

Niderland, Yaponiya və İsveç yığmaları 1/16 finala çıxdılar

ABŞ, Kanada və Meksikanın birgə keçirdiyi futbol üzrə 23-cü dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, F qrupunda 3-cü turun oyunlarından sonra daha 3 milli komandanın pley-offa çıxması rəsmiləşib.

Lider Niderland millisi ilə yanaşı, Yaponiya və İsveç yığmaları 1/16 finala yüksəliblər.

Son tur çərçivəsində "narıncılar" autsayder Tunisdən üstün olublar (3:1), asiyalılar isə skandinavlarla bərabərə (1:1) qalıblar.

Beləliklə, Niderland qrupda 7 xalla 1-ci, Yaponiya 5 xalla 2-ci, İsveç isə 4 xalla 3-cü olub.

Xatırladaq ki, daha əvvəl ABŞ, Kanada, Meksika, Almaniya, Fildişi Sahili, Fransa, Argentina, Norveç, Kolumbiya, İsveçrə, Braziliya, Mərakeş, CAR, o cümlədən ən yaxşı qrup üçüncülərindən Ekvador və Bosniya və Herseqovina yığmaları pley-offa çıxıb.