Kolumbiya millisi pley-offda, Xorvatiya ilk qələbəsini qazandı

Kolumbiya millisi pley-offda, Xorvatiya ilk qələbəsini qazandı

ABŞ, Kanada və Meksikanın ev sahibliyində futbol üzrə 23-cü dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, gecə yarısı və səhərüzü keçirilən matçlardan sonra 2-ci tura yekun vurulub.

L qrupunda ilk turda İngiltərə millisinə uduzan Xorvatiya futbolçuları Panama yığmasını minimal hesabla məğlub edib.

Nəticədə, "Turan Tovuz"un futbolçusu Roderik Millerin də heyətində yer aldığı Panama pley-off mərhələsinə vəsiqə qazana bilməyib.

K qrupunda Konqo Demokratik Respublikasını da üstələyən Kolumbiya (0:1) növbəti raunda adını yazdırıb.

DÇ-2026. 2-ci tur

K qrupu

Kolumbiya - Konqo Demokratik Respublikası 1:0

Xal durumu: Kolumbiya - 6 xal, Portuqaliya - 4 xal, Konqo Demokratik Respublikası - 1 xal, Özbəkistan - 0 xal



L qrupu

İngiltərə - Qana 0:0

Xal durumu: İngiltərə - 4 xal, Qana - 4 xal, Xorvatiya - 3 xal, Panama - 0 xal