Rövşən Hüseynli Azərbaycan yığmasının düşərgəsindən ayrıldı

Rövşən Hüseynli Azərbaycan yığmasının düşərgəsindən ayrıldı

Avropa çempionatının Yunanıstanla görüşü öncəsi təlim-məşq toplanışını davam etdirən futzal Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

"Mediasport" xəbər verir ki, məşq prosesində zədələnən qapıçı Rövşən Hüseynli komandanın düşərgəsindən ayrılıb.

Hazırda toplanışda ikisi qapıçı olmaqla 15 futzalçı iştirak edir. Səfərə onlardan 14-ü gedəcək.

Qeyd edək ki, Yunanıstan – Azərbaycan oyunu martın 11-də, saat 21:00-da Afinadakı “Dias Sports Hall”da keçiriləcək.