"Sabah" "AZ Alkmaar"la üz-üzə
"Sabah" akademiyasının U-16 komandası Gürcüstanın Batumi şəhərində keçiriləcək "Batumi Cup-2026" beynəlxalq turnirində mübarizə aparacaq.
"Mediasport" xəbər verir ki, təmsilçimiz yarışa oktyabrın 7-də yerli "Dinamo" (Tbilisi) ilə başlayacaq.
Oktyabrın 8-də komandamızın rəqibi Gürcüstanın "GFF Academy" kollektivi olacaq.
"Sabah" son olaraq oktyabrın 9-da Niderlandın AZ (Alkmaar) klubu ilə qarşılaşacaq.
10 və 11 oktyabr tarixlərində keçiriləcək növbəti oyunlardakı rəqibləri qrup mərhələsinin nəticələrinə əsasən müəyyənləşəcək.

