"Sabah" FİBA Çempionlar Liqasında mübarizəyə səfərdə başlayacaq
"Sabah" basketbol komandası bu gün FİBA Çempionlar Liqasının müntəzəm mövsümündə mübarizəyə başlayacaq.
"Mediasport" xəbər verir ki, son Azərbaycan çempionunun A qrupunda ilk rəqibi Litvada "Ritas" olacaq.
Bakı vaxtı ilə saat 20:30-da başlanacaq görüş "Vilnüs Arena"da keçiriləcək.
Xatırladaq ki, komandamızın yer aldığı qrupda digər rəqiblər "Nanter 92" (Fransa) və "Trabzonspor" (Türkiyə) komandalarıdır.

