Millimiz Avropa çempionatının son qrup matçında qələbə qazandı

Azərbaycanın basketbol üzrə qızlardan ibarət U-18 millisi ilk dəfə iştirak etdiyi Avropa çempionatının B Divizionunda son matçını keçirib.
"Mediasport" xəbər verir ki, komandamızın qrup mərhələsinin 5-ci turunda Kosovo yığmasını 62:54 hesabı ilə məğlub edib.
C qrupunu 3-cü sırada tamamlayan basketbolçularımız B Divizionunda 9-16-cı yerlər uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, millimiz əvvəlki oyunlarda slandiya (86:79) və Bosniya və Herseqovinaya qalib gəlib (83:81), Ukrayna (65:78) və Litvaya (31:82) məğlub olub.