"Neftçi" Alfa Konte ilə danışıqları müsbət yekunlaşdırdı - GETDİ

"Neftçi" uzun müddətdir komandadan göndərmək istədiyi Alfa Konte ilə ortaq məxrəcə gələ bilib.
"Mediasport" xəbər verir ki, syerra leoneli vingerlə yollar ayırılıb.
Tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, 2024-cü ilin yanvarında transfer olunmuş A.Konte “Neftçi”nin heyətində 25 rəsmi oyun keçirib.