"Sabah"da yeni müqavilə
“Sabah” Velko Simiçlə yeni müqavilə bağlayıb.
"Mediasport" xəbər verir ki, serbiyalı futbolçu ilə anlaşmanın müddəti 2 ildir.
O, azad agent olduğu üçün Masazır təmsilçisinə keçidi pulsuz başa gəlib.
Xatırladaq ki, balkanlı Azərbaycana ötən ilin avqustunda icarə əsasında Türkiyənin “Sivasspor” klubundan gəlmişdi.
Simiç "bayquşlar"ın heyətində ümumilikdə 34 oyun keçirib, 12 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.


