"Turan Tovuz" İtaliyadan iki məşqçi ilə müqavilə bağladı

"Turan Tovuz" İtaliyadan iki məşqçi ilə müqavilə bağladı

Ynei mövsümün hazırlıqlarını davam etdirən "Turan Tovuz"da üç yeni təyinat baş tutub.

"Mediasport" xəbər verir ki, komandaya yeni məşqçilər cəlb olunub.

Qazaxıstanlı Aleksandr Kornilov həkim, italiyalı Marko Kaser fiziki hazırlıq üzrə məşqçi, onun həmyerlisi Vinçenso Çestaro isə atletik hazırlıq üzrə məşqçi vəzifələrini yerinə yetirəcəklər.

Aleksandr Kornilov vətənində "Spartak Semey", "Altay", "Kayrat" və "Yelimay" komandalarında çalışıb. 

Fiziki hazırlıq üzrə məşqçi Marko Kaser  İtaliyada "Salernitana", "Belluno", "Novara", Maltada "Valetta" və "Birkirkara", Tunisdə "Sfaksien", Qətərdə "Əl Qərəfə", İranda "Nassaci", "Traktor" və “Fulad” komandalarında işləyib. 

Son olaraq Maltanın "Hamrun" klubunda bu vəzifəni icra edən Vinçenso Çestaro daha əvvəllər Maltada "Valetta", Çexiyada "Viktoriya", İtaliyada "Çaveze", "Foccia",  "Avellino" və "Noçerina" klublarında çalışıb. 

Hər üç mütəxəssislə 1 illik müqavilə imzalanıb.