Emin Cəfərov, "Sabah"ın məşqçisi çıxarıb göstərməli idi, ya necə?!

Emin Cəfərov, "Sabah"ın məşqçisi çıxarıb göstərməli idi, ya necə?!

AFFA İntizam Komitəsinin iclası keçirilib və Premyer Liqanın 22-ci turunda qeydə alınmış qayda pozuntuları ilə bağlı qərarlar açıqlanıb.

Gecikmiş toplantıda (adətən qərarlar daha tez açıqlanırdı) inanılmaz dərəcədə absurd bir QƏRARSIZLIQ olub.

Daha doğrusu, İK "Sabah" klubundan aşkar çəkindiyinin ən gülünc nümunəsini növbəti dəfə, öz də həyasızcasına göstərib.

AFFA-nın ən keyfiyyətsiz qurumlarından olan İntizam Komitəsi 22-ci turun “Qarabağ” - “Sabah” oyununun son dəqiqələrində əxlaqsız hərəkət etmiş qonaqların məşqçisi Valerio Zuddas barəsində heç bir cəza tədbiri görməyib!

İK sədri Erkin Hüseynov "Teleqraf"a verdiyi açıqlamada bunu görüşün AFFA nümayəndəsinin hadisəyə dair heç bir qeydinin olmaması ilə əlaqələndirib. Məntiq və qanunla normaldır.

İnanılmaz dərəcədə maraqlıdır, matçın AFFA nümayəndəsi Emin Cəfərov "Qarabağ" qol vurandan sonra rəqib məşqçi Valerio Zuddasın cinsiyyət orqanını nümayişkaranə formada Ağdam klubunun texniki korpusuna tərəf baxaraq göstərməsini və məhz buna görə aranın qarışmasını necə görməyib?

Görməyibsə, Emin Cəfərov nəyi görüb bəs? Ümumiyyətlə, Emin Cəfərov oyunda, stadionda olub?

Utanc, rəzalət dolu mənzərəni az qala stadiondakıların hamısı, o cümlədən tv qarşısında oturan bütün azərbaycanlılar gördü, Emin Cəfərov düz hadisələrin yaxınlığında ola-ola görmədi?

Bəlkə Emin Cəfərovun görməsi üçün Zuddas orqanını fiziki və faktiki olaraq çıxarıb göstərməli idi? Bu, nə rüsvayçılıqdır belə? Utanıb xəcalət çəkmirsiniz?

Ölün, yerə girin də.

Hələ bu adam AFFA-nı, Azərbaycanı üç gündən bir Avropa oyunlarında təmsil edir. Guya...

AYXAN