“Turan Tovuz” 50 və daha çox oyunda uduzan 31-ci klub oldu
“Turan Tovuz” Misli Premyer Liqasının VIII turunda “İmişli”yə 0:1 hesabı ilə məğlub olub.
"Mediasport" xəbər verir ki, bu, Qərb təmsilçisinin turnirdə 50-ci məğlubiyyəti kimi tarixə düşüb.
Tovuz klubu 149-cu oyununda 50-yə çatıb.
Məğlubiyyətlərdən 25-i evdə, 25-i səfərdə qeydə alınıb. “Turan Tovuz” 50 və daha çox oyunda uduzan 31-ci komandadır.
Qeyd edək ki, komandanın ilk məğlubiyyəti 2022-ci il avqustun 8-də “Qəbələ” ilə ev görüşündə qeydə alınıb – 0:2.

