Acunun İngiltərə klubu sabiq "Qarabağ"lı ilə yollarını ayırdı

2015-2017-ci illərdə "Qarabağ"ın məşqçisi olmuş Ruben Selles İngiltərənin "Hall Siti" komandasından istefaya göndərilib.
"Mediasport" xəbər verir ki, 41 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
İspaniyalının komandas yeni başa çatan mövsümü 49 xalla 21-ci pillədə başa vuraraq səviyyəcə 2-ci liqa sayılan Çempionşipdə yerini qorusa da, ümumi nəticə rəhbərliyi raız salmayıb.
O, türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu "Hall Siti"yə 2024-cü ilin dekabrında təyin edilmişdi.
Qeyd edək ki, Ruben Selles 2012-2014-cü illərdə "Neftçi"də də çalışıb.