Sadıq Sadıqov Avropa çempionu olmuş "Neftçi" üzvlərini qəbul etdi

Sadıq Sadıqov Avropa çempionu olmuş "Neftçi" üzvlərini qəbul etdi

"Neftçi" İdman Klubunun rəhbəri Sadıq Sadıqov bu ay Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında uğurla çıxış etmiş güləşçilərlə görüşüb.

"Mediasport" xəbər verir ki, Azərbaycan komandasının qazandığı 13 medaldan 10-u “Neftçi” İdman Klubunun təmsilçilərinin payına düşür.

Maraqlıdır ki, yunan-Roma və qadın güləşi üzrə qazanılan medalların hamısı məhz “Neftçi”lilərin aktivindədir.

Sadıq Sadıqov Avropa çempionu adını qazanmış Həsrət Cəfərov, Qurban Qurbanov və Nihat Məmmədlini qazanılan uğur münasibəti ilə təbrik edərək, onlarla növbəti yarışlarda uğurlar arzulayıb.