Dünya çempionatı: Yığmamız yarışı bir dəstə medalla başa vurdu
Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-23 dünya çempionatına yekun vurulub.
"Mediasport" xəbər verir ki, sonuncu yarış günündə Azərbaycanın aktivinə daha bir medal yazılıb.
Sərbəst güləşçimiz Ali Tsokayev (86 kq) bürünc mükafat əldə edib.
O, üçüncü yer uğrunda qarşılaşmada gürcüstanlı Tornike Samxaradzeyə 13:2 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, sərbəst güləş komandamızdan daha əvvəl Kənan Heybətov (70 kq) qızıl, Xetaq Karsanov (125 kq) gümüş medal qazanıb.
Yığmamız baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında mundiala 10 pəhləvanla yollanmışdı:
Muhəmmədəli Əlizadə (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Ayxan Abdullazadə (65 kq), Kənan Heybətov (70 kq), Maqomed-Başir Xaniyev (74 kq), Fərid Cabbarov (79 kq), Ali Tsokayev (86 kq), Sadiq Mustafazadə (92 kq), Zəfər Əliyev (97 kq), Xetaq Karsanov (125 kq).
