6 güləşçimiz Bakıdakı Dünya Seriyasında yarımfinala yüksəldi

 6 güləşçimiz Bakıdakı Dünya Seriyasında yarımfinala yüksəldi

Azərbaycanın 6 çimərlik güləşçisi Bakıda keçirilən Dünya Seriyasının IV mərhələsində yarımfinala vəsiqə qazanıb.

Bu barədə "Mediasport"a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

İlk dəfə ölkəmizdə keçirilən yarışın startında təsnifat, daha sonra qrup mərhələsi və dairəvi sistem üzrə görüşlər görüşləri baş tutub.

Axşam seansında turnirin açılış mərasimi baş tutub. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Güləş Federasiyasının baş katibi Pərvin Piriyev, Dünya Güləş Birliyinin Büro üzvü Pedro Silva çıxış ediblər.

Açılış mərasimindən sonra qrup mərhələsində 2-3-cü turların görüşləri relalaşıb.

80 kq-da milli üzvləri Vüsal Əliyev, Cavid Niftəlizadə, Sahib Dadaşov, həmçinin 90 kq-da Ramiz Həsənov və Əşrəf Aşırov, +90 kq çəkidə isə Cavid Feyziyev (+90 kq) bu gün final uğrunda yarışacaq.

Qadınların mübarizəsində isə Nərgiz Səmədova (60 kq) dairəvi sistem üzrə son görüşünü Noqona Bakayokoya (Kot-d"İvuar) qarşı keçirəcək.