"Fənərbağça" klubunda seçkilər yekunlaşdı: Yeni rəhbər açıqlandı

"Fənərbağça" klubunda seçkilər yekunlaşdı: Yeni rəhbər açıqlandı

"Fənərbağça" İdman Klubunda keçirilən prezident seçkilərinin nəticələri açıqlanıb.

"Mediasport" xəbər verir ki, Ali Koçun 7 illik rəhbərliyi başa çatıb.

İstanbul nəhənginin yeni prezidenti iş adamı, "Saran Group" şirkətinin sahibi Sadettin Saran olub.

Müşahidə şurasının sədri Şekip Mosturoğlu seçkilərdə ümumilikdə 24 min 393 nəfərin səs verdiyini açıqlayıb.

Saran 12 min 325, Koç isə 12 min 068 səs toplayıb.

Xatırladaq ki, Ali Koç komandaya 2018-dən rəhbərlik edirdi.