Messi MLS-in tarixinə düşdü

Messi MLS-in tarixinə düşdü

Son dünya çempionu Lionel Messinin formasını geyindiyi "İnter Mayami" futbol üzrə ABŞ çempionatında "Toronto"nu məğlub edib (4:2).

"Mediasport" xəbər verir ki, argentinalı hücumçu həmin matçda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Nəticədə, Messi MLS-də vurduğu qolların və etdiyi məhsuldar ötürmələrin ümumi sayını 100-ə çatdırıb. O, bu göstəricini 64 görüşdə etməyi bacarıb.

Mövcud statistika üzrə əvvəlki rekord "Toronto"nun sabiq üzvü Sebastian Covinkoya (95 matçda 58 qol və 42 məhsuldar ötürmə) məxsus idi.

Xatırladaq ki, Lionel Messi cari mövsüm Mayami təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla, 13 oyuna çıxıb, 10 qol vurub və 3 qol ötürməsi ilə yadda qalıb.