"Şəfa" 8-ci legioneri gətirdi
"Şəfa" daha bir futbolçunu heyətinə qatıb.
"Mediasport" xəbər verir ki, niderlandlı müdafiəçi Kristofer Mamengi ilə "1+1" illik müqavilə imzalanıb.
25 yaşlı oyunçu ölkəsində "Utrext" və "Almere", Kosovoda isə "Priştina" klublarının formasını geyinib.
O, eyni zamanda Niderlandın aşağı yaş qrupları üzrə millilərində çıxış edib.
Xatırladaq ki, paytaxt klubu onadək legionerlərdən Vlad Marian Pop, Andrey Fernando Draqu, Dilan Mertens, Musa Queli, Maudo Lamin Jarje, Treyvon Fuller və Bafode Dansokonu transfer edib.


