Zaqreb Qran-prisinin ilk günündə yalnız Gültac medal qazana bildi

 Zaqreb Qran-prisinin ilk günündə yalnız Gültac medal qazana bildi

Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-pri turniri start götürüb.

"Mediasport" xəbər verir ki, ilk yarış günündə Azərbaycan millisinin dörd üzvü üç çəki dərəcəsində mübarizə aparıb.

Qadınların yarışında Gültac Məmmədəliyeva (52 kq), kişilərin mübarizəsində isə Murad Muradlı (60 kq), Nizami İmranov (66 kq) və Turan Bayramov yarışıblar.

Təmsilçilərimizdən yalnız Məmmədəliyeva medal qazanıb. O, italiyalı İlaria Finestroneni məğlub edərək bürünc mükafatçı olub.

Turnir noyabrın 15-də yekunlaşacaq.