"Səbail" Türkiyədə 2-ci Liqa klubu ilə yoxlama matçı keçirəcək

 "Səbail" Türkiyədə 2-ci Liqa klubu ilə yoxlama matçı keçirəcək

Türkiyədə təlim-məşq toplanışında olan “Səbail”in ilk yoxlama matçında rəqibi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, yeni mövsüm 1-ci Liqada Qubanı təmsil edəcək komanda “Güzide Gebzespor”la qarşılaşacaq.

Bolu bölgəsində məskunlaşan təmsilçimizin 2-ci Liqa klubu ilə görüşü sabah Bakı vaxtı ilə saat 17:00-a planlaşdırılıb.

Matç “The Sign Hotel”in meydançasında baş tutacaq.