Super Liqaya yüksələn komandanın baş məşqçisi Səlcuq İnan oldu

Futbol üzrə Türkiyə Super Liqasına vəsiqə qazanan “Kocaelispor” yeni baş məşqçisini rəsmən təqdim edib.
"Mediasport" xəbər verir ki, komandanı Türkiyə yığmasının sabiq futbolçusu Səlcuq İnan çalışdıracaq.
40 yaşlı mütəxəssilə "1+1" illik müqavilə imzalanıb.
Xatırladaq ki, Səlcuq İnan son olaraq "Qaziantep"i Super Liqada saxlayıb və mayın 10-da komandadan ayrılıb.