İtaliyada fövqəladə toplantı oldu: Federasiya prezidenti istefa verdi
İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina istefa verib.
"Mediasport" xəbər verir ki, UEFA-nın vitse prezidentlərindən olan funksioner bu gün baş tutan fövqəladə iclasdan sonra postunu tərk etdiyini açıqlayıb.
Buna səbəb İtaliya yığma komandasının ardıcıl üçüncü dəfə dünya çempionatlarının final mərhələsindən kənar qalması olub.
Dördqat dünya çempionlarının mundialın pley-off mərhələsinin finalında - penaltilər seriyasında Bosniya və Herseqovina kollektivinə uduzması ölkədə böyük səs-küy yaradıb.
Qısa müddətdə millinin məşqçilər korpusunun da istefaya göndəriləcəyi gözlənilir.
Xatırladaq ki, Qabriele Qravina 2018-ci ilin oktyabrından etibarən federasiyanın rəhbəri idi.
Milli komanda onun dönəmində - 2020-ci ildə Avropa çempionu olsa da, 2022 və 2026-cı illərin mundiallarından kənar qalıb.
Bu müddətdə yığmaya Luçano Spalletti, ardınca Cennaro Qattuzo başçılıq edib.
