UEFA Avropa Liqasında 1/8 finalın bütün iştirakçıları müəyyənləşdi

UEFA Avropa Liqasında 1/8 finalın bütün iştirakçıları müəyyənləşdi

UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.

"Mediasport" xəbər verir ki, bununla da 1/8 finala vəsiqə qazanan kollektivlərin siyahısı tamamlanıb.

Türkiyənin yarışda təmsilçisi "Fənərbaxça" İngiltərədə mübarizəni dayandırıb.

Xatırladaq ki, birbaşa Liqa mərhələsindən "Portu", "Braqa" (hər ikisi Portuqaliya), "Midtyulland" (Danimarka), "Betis" (İspaniya), "Frayburq" (Almaniya), "Lion" (Fransa), "Roma" (İtaliya) və "Aston Villa" (İngiltərə) 1/8 finala yüksəliblər.


UEFA Avropa Liqası. Pley-off mərhələsi. Cavab oyunları


"Ferensvaroş" (Macarıstan) – "Ludoqorets" (Bolqarıstan) 2:0 İlk oyun – 1:2

"Viktoriya" (Çexiya) – "Panatinaikos" (Yunanıstan) 1:1, pen., 3:4 İlk oyun – 2:2

"Ştuttqart" (Almaniya) – "Seltik" (Şotlandiya) 0:1 İlk oyun – 4:1

"Srvena Zvezda" (Serbiya) – "Lill" (Fransa) 0:2 İlk oyun – 1:0

"Genk" (Belçika) – "Dinamo" (Xorvatiya) 1:3, ə.v., 2:0 İlk oyun – 3:1

"Selta" (İspaniya) – PAOK (Yunanıstan) 1:0 İlk oyun – 2:1

"Nottingem Forest" (İngiltərə) – "Fənərbaxça" (Türkiyə) 1:2 İlk oyun – 3:0

"Bolonya" (İtaliya) – "Brann" (Norveç) 1:0 İlk oyun – 1:0