Mövsümün ilk "El Klasiko"sunun keçiriləcəyi tarix məlum oldu

İspaniya La Liqasında mövsümün ilk "El Klasiko"sunun keçiriləcəyi tarix müəyyənləşib.
"Mediasport" xəbər verir ki, "Real" və "Barselona" ilə əzəli rəqabətin növbəti pərdəsi oktyabrın 26-da baş tutacaq.
Madridin "Santyaqo Bernabeu" stadionunda reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:15-də start götürəcək.
Xatırladaq ki, hazırda "kral klubu" 6 turdan sonra maksimum nəticə ilə lider, katalonlar isə 5 oyuna 13 xalla ikinci pilldə qərarlaşıblar.