Skopye-2025: Azərbaycanın daha üç cüdoçusu medal qazandı

Azərbaycanın daha üç cüdoçusu Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında fəxri kürsüyə qalxıb.
"Mediasport" xəbər verir ki, millimizin üzvlərindən Nuranə Hacızadə (48 kq) və Zeyd Ələsgərov (60 kq) gümüş medal qazanıblar.
Aysun Məmmədova (52 kq) isə bürünc mükafata sahib çıxıb.
Xatırladaq ki, komandamız ilk yarış günündə cüdoçularımızdan Gülşən Hüseynova (44 kq), Rza Xəlilli (50 kq) və Rəsul Əlizadə (55 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub.
Azərbaycan yığması 3 qızıl, 2 gümüş və 1 bürünc medalla hazırda ümumi komanda hesabında liderdir.