7 qadın çüdoçumuz Avropa Açıq Turnirində mübarizə aparacaq
Fevralın 14-15-də Sloveniyanın paytaxtı Lyublyana şəhərində keçiriləcək Avropa Açıq Turnirində yarışacaq Azərbaycan cüdoçuları məlum olub.
"Mediasport" xəbər verir ki, yarışda ölkəmizi 5 çəki dərəcəsində 7 qadın cüdoçu təmsil edəcək.
İdmançılar qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimarın rəhbərliyində mübarizə aparacaqlar.
Heyətdə Şəfəq Həmidova (48 kiloqram), Aydan Vəliyeva, Leyla Əliyeva, Könül Əliyeva (hamısı 52 kiloqram), Fidan Əlizadə (57 kiloqram), Südabə Ağayeva (70 kiloqram) və Mədinə Xaysinova (+78 kiloqram) yer alıb.
Nüfuzlu yarışa 44 ölkədən 509 idmançı (293 kişi, 216 qadın) qatılacaq.
Azərbaycanın “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev və “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Məhəmmədəli Quluzadə ədalət təmsilçiləri arasında yer alacaqlar.
