Azərbaycanın iki cüdoçusu İspaniyada qızıl medal qazandı
Valensiyada beynəlxalq təlim-məşq toplanışında iştirak edən Azərbaycanın cüdo millisinin üzvləri İspaniya Superkubokunda qüvvəsini sınayıblar.
Azərbaycan Cüdo Federasiyasından "Mediasport"a verilən məlumata görə, iki təmsilçimiz uğurla mübarizə aparıb.
Zelim Tçkayev (90 kiloqram) və Murad Fətiyev (100 kiloqram) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.
Qeyd edək ki, beynəlxalq təlim-məşq toplanışı avqustun 22-də başa çatacaq.


