Hidayət Heydərov Avropa çempionatında iştirak etməyəcək

Olimpiya çempionu Hidayət Heydərov Avropa çempionatında iştirak etməyəcək.
Azərbaycan Cüdo Federasiyasından "Mediasport"a verilən məlumata görə, dünya və Avropa çempionunun səhhətində problem yaranıb.
O, xəstələndiyi üçün həkimlərin qərarı ilə heyətdən çıxarılıb. Qitə birinciliyində Heydərovu Rəşid Məmmədəliyev (73 kq) əvəzləyəcək.
Aprelin 23-27-də Monteneqroda keçiriləcək qitə birinciliyində Azərbaycanın 15 cüdoçusu (9 kişi, 6 qadın) mübarizə aparacaq.