Son 3 gündə Azərbaycanda iki futbolçu boğularaq həyatını itirdi

Son 3 gündə Azərbaycanda iki futbolçu boğularaq həyatını itirdi

Azərbaycanda daha bir yeniyetmə futbolçu faciəvi şəkildə vəfat edib.

"Mediasport" xəbər verir ki, 2-ci Liqada yarışan "Araz Saatlı"nın U-14 komandasının üzvü Kənan Ramazanlı çayda boğulub.

Hadisə dünən günorta saatlarına baş verib. 13 yaşlı qapıçı Araz çayında üzərkən həyatını itirib.

Xatırladaq ki, 3 gün əvvəl "Zirə"nin U-16 komandasının futbolçusu Fərid Şahverdiyev Bakıda Xəzər dənizində boğularaq dünyasını dəyişib.