2026/2027 mövsümündə UEFA reytinqinin lideri Azərbaycandır

2026/2027 mövsümündə UEFA reytinqinin lideri Azərbaycandır

Azərbaycan UEFA reytinqində 2026/2027-ci illər mövsümünün lideridir.

"Mediasport" xəbər verir ki, klublarımız cari mövsümdə ölkəmizin aktivinə 5,125 xal yazdırıblar.

Ötən il 6-cı pillədə olan Azərbaycan 1-ci yerə yüksəlib.

Son 5 mövsümdə isə klublarımız 23,687 reytinq xalı toplayıblar. Hazırda ölkəmiz UEFA reytinqində 25-ci sırada qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan bu mövsüm avrokuboklarda 4 klubla təmsil olunub.

"Sabah" UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb, "Qarabağ" bu gün Konfrans Liqasında pley-offun cavab görüşünə çıxacaq.

"Neftçi" və "Zirə" isə əvvəlki mərhələlərdə mübarizəni dayandırıblar.