Mikels Almaniya klubunda - RƏSMİ

Mikels Almaniya klubunda - RƏSMİ

“Zirə”dən ayrılan Leroy Mikelsin yeni klubu müəyyənləşib.

"Mediasport" xəbər verir ki, hücumçu Almaniyaya qayıdıb.

Ruanda millisinin üzvü 3-cü Bundesliqa təmsilçisi “Valdhof”la anlaşıb.

31 yaşlı forvard Avstriyada təlim-məşq toplanışı keçən yeni klubunun düşərgəsinə qoşulub.

Qeyd edək ki, Münhenqladbax “Borussiya”sının yetirməsi olan Leroy Mikels ölkəmizdə “Şamaxı” və “Zirə”nin formasını geyinib.

Onun digər qardaşları - Coy Lens Mikels "Sabah"da forma geyinir. Ötən mövsümü "Karvan-Yevlax"da keçirən Coy Slayd Mikels isə aranlıları tərk edib.