"Neftçi" KL-də AEK, "Panatinaikos" və ya "Braqa"ya rəqib ola bilər
"Neftçi"nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində potensial rəqiblərinin sayı azalıb.
"Mediasport" xəbər verir ki, "ağ-qaralar" 2-ci raundda "Dinamo" (Belarus) səddini keçsələr, 8 kollektivdən biri ilə qarşılaşacaqlar.
Səpələnməmişlər səbətində yer alacaq paytaxt təmsilçisinin mümkün rəqibləri aşağıdakı kollektivlərdən biri olacaq:
“Jelezniçar” (Serbiya) – “Braqa” (Portuqaliya) cütünün qalibi.
“Pakş” (Macarıstan) – “Panatinaikos” (Yunanıstan) cütünün qalibi.
“Luqano” (İsveçrə) – “Dukaqgini” (Kosovo) cütünün qalibi.
AEK (Kipr) – “Beytar” (İsrail) cütünün qalibi.
Püşk bu gün Bakı vaxtilə saat 16:00-da atılacaq.


