"İmişli"də növbəti gülməli hadisə: İyulda yola saldığını geri qaytardı
"İmişli"də növbəti gülməli hadisə yaşanıb.
"Mediasport" xəbər verir ki, aran klubu ayyarım əvvəl komandadan göndərdiyi Rafael Vieqaşı geri qaytarıb.
Braziliyalı cinah oyunçusu ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.
Xatırladaq ki, cənubi amerikalı ötən mövsüm burada 31 oyun keçirib, 1 qolla yadda qalıb.
Komanda iyulun sonunda 2+1 illik müqavilə imzaladığı Ermenegildo Dominqosu avqustun əvvəlində yola salmışdı.

