KİV nümayəndələri üçün Şuşa və Xankəndidə mediatur təşkil edildi

KİV nümayəndələri üçün Şuşa və Xankəndidə mediatur təşkil edildi

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları çərçivəsində Şuşa və Xankəndi şəhərlərinə mediatur təşkil edilib.

"Mediasport" xəbər verir ki, mediatur zamanı 60-dan çox xarici və yerli media nümayəndəsi əvvəlcə Şuşanın tarix-mədəniyyət abidələri, eləcə də əsrarəngiz təbiəti ilə tanış olublar.

KİV nümayəndələrinin Şuşadan sonra Xankəndi şəhəri ilə tanışlığı baş tutub.