Tanzaniyalı "Şamaxı"da qaldı

Tanzaniyalı "Şamaxı"da qaldı

Alfons Msanqa daha bir il “Şamaxı”da oynayacaq.

"Mediasport" xəbər verir ki, 22 yaşlı tanzaniyalı yarımmüdafiəçi ilə müqavilə şərtlərinə görə tərəflər arasında razılaşma bölgə klubunun istəyinə əsasən 1 il müddətinə uzadılıb.

Tanzaniyalı Şirvan klubuna bu ilin əvvəldə gəlib. Onunla "6 ay + 1 il" şərtli müqavilə imzalanmışdı.