Azərbaycanın Premyer Liqa klubu Portuqaliyadan hücumçu gətirdi
Premyer Liqanın debütantı “İmişli” heyətini yeni futbolçu ilə gücləndirib.
"Mediasport" xəbər verir ki, Aran təmsilçisi portuqaliyalı futbolçu Dioqo Kardozu ilə anlaşıb.
24 yaşlı mərkəz hücumçusu ilə 2 il 6 aylıq müqavilə bağlayıb.
"Benfika" akademiyasının yetirməsi peşəkar karyerasına Portuqaliyanın 3-cü liqa təmsilçisi “1 Dekabr" klubunda başlayıb, son olaraq “Portimonense”nin U-23 komandasının formasını geyinib.
Xatırladaq ki, hücumçu cari mövsümün ilk yarısında meydana çıxdığı 17 oyunda 6 qol vurub.
