Sabiq "Qarabağ"lı karyerasını Super Liqa klubunda davam etdirəcək
"Qarabağ"ın sabiq qapıçısı Luka Quqeşaşvili karyerasını Türkiyədə davam etdirəcək.
"Mediasport" xəbər verir ki, PAOK-un formasını geyinən qolkiper Super Liqa təmsilçisi “Göztəpə” komandasına keçib.
İzmirlilər 26 yaşlı gürcüstanlını Yunanıstanın klubundan 1 illik icarəyə götürüblər.
Xatırladaq ki, Quqeşaşvili Ağdam klubunda 2022-ci ildən 2024-cü ilin yayınadək çıxış edib.


