Daha bir idmançımız "Prezident Kuboku"nda medal qazandı

 Daha bir idmançımız "Prezident Kuboku"nda medal qazandı

Çinin Taiyan şəhərində parataekvondo üzrə "Prezident Kuboku" yarışı davam edir.

"Mediasport" xəbər verir ki, Azərbaycanın daha bir təmsilçisi turnirdə medal qazanıb.

70 kq çəki dərəcəsində yarışan İmaməddin Xəlilov bütün rəqiblərinə qalib gəlib adlasa da, zədə alıb.

Nəticədə həlledici görüşə çıxmayan idmançımız gümüş mükafatla kifayətlənib.