Daha bir idmançımız Sarayevoda keçirilən yarışda medal qazandı

  Daha bir idmançımız Sarayevoda keçirilən yarışda medal qazandı

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən klublararası Avropa çempionatında daha bir idmançımız medal qazanıb.

"Mediasport" xəbər verir ki, "Atlet" klubunun üzvü Allahverdi Məmmədov gənclər arasında +78 kq çəki dərəcəsində üçüncü olub.

Xatırladaq ki, buna qədər 6 idmançımız turnirin mükafatçıları sırasında yer alıb.