Qaşim Maqomedov İtaliya "Qran pri"sində bürünc medal qazandı
İtaliyanın Roma şəhərində keçirilən taekovndo üzrə "Qran pri" turnirində Azərbaycan millisinin üzvü Qaşim Maqomedov (-58 kq) bürünc medal qazanıb.
"Mediasport" xəbər verir ki, təmsilçimiz medala gedən yolda İtaliya, Yunanıstan və Çindən olan rəqiblərini mübarizədən kənarlaşdırıb.
Qaşim turnirə Dünya Taekvondo Federasiyasının (WT) reytinq sıralamasına əsasən dəvət alıb.
"Qran pri" seriyası dünya taekvondosunun ən prestijli yarışlarından hesab olunur və burada əldə olunan nəticələr idmançılara həm yüksək reytinq xalları, həm də Olimpiya təsnifatı baxımından mühüm üstünlüklər qazandırır.


