"Turan Tovuz" 50 min manatı Qarabağ Dirçəliş Fonduna köçürdü
“Turan Tovuz” futbol klubu oktyabrın 3-də Bakıda Türkiyənin “Fənərbağça” komandası ilə keçirdiyi yoldaşlıq oyunundan (2:0) əldə olunan 50000 manat vəsaiti Qarabağ Dirçəliş Fonduna (QDF) ianə edib.
Fonddan "Mediasport"a verilən məlumata görə, qərb təmsilçisi Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin də əsas tərəfdaşı kimi çıxış edəcək.
Xatırladaq ki, Qarabağ Dirçəliş Fondu ilə “Turan Tovuz” arasında birgə fəaliyyət və səmərəli əməkdaşlığın əsası sentyabrın 28-də QDF-nin İdarə Heyətinin sədri Rəhman Hacıyev və klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev tərəfindən imzalanmış Anlaşma Memorandumu ilə qoyulub.
Xatırladaq ki, Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, AFFA-nın təşkilati dəstəyi ilə keçirilən “Dirçəliş Kuboku” turnirinin 3-cü mövsümündə 44 komanda qalib adı uğrunda mübarizə aparacaq.
Turnirdən əldə ediləcək vəsait işğaldan azad edilmiş ərazilərdə idman infrastrukturunun yaradılmasına yönəldiləcək.

