İntizamsız azarkeşləri "Qarabağ"ı 6000 manat ziyana saldılar
AFFA İntizam Komitəsinin iclası keçirilib.
"Mediasport" xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 9-cu tur oyunlarında qeydə alınmış qayda poztunuları hüquqi qiymət alıb.
“Sabah”la oyunda azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Qarabağ” 6000 manat cərimə edilib.
Həmçinin Ağdam klubunun azarkeşləri tərəfindən stadionda 27 ədəd skamya sındırıldığına görə stadiona dəymiş zərər “Qarabağ” komandası tərəfindən qarşılanacaq.

