Azərbaycan klubunun prezidenti dəhlizə girib hakimləri söydü

Azərbaycan klubunun prezidenti dəhlizə girib hakimləri söydü

AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Mediasport" xəbər verir ki, iclasda Azərbaycan 1-ci Liqasında 6-cı tur oyunlarında qeydə alınmış qayda poztunuları hüquqi qiymət alıb.

Qərarları təqdim edirik:

21.10.2026-cı il tarixində I Liqada VI turun “Şahdağ Qusar”– “Səbail” oyununun 69-cu dəqiqəsində “Səbail” komandasının 27 nömrəli futbolçusu Pərviz Azadov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Səbail” komandası 150 manat cərimə edilsin (maddə 17.5, 17.7);

21.10.2026-cı il tarixində I Liqada VI turun “Şahdağ Qusar”– “Səbail” oyununda “Səbail” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Səbail” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

21.10.2026-cı il tarixində I Liqada VI turun “Şahdağ Qusar”– “Səbail” oyununun 85-ci dəqiqəsində “Səbail” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Səbail” komandası 600 manat cərimə edilsin (maddə 86.3);

21.10.2026-cı il tarixində I Liqada VI turun “Şahdağ Qusar”– “Səbail” oyunu bitdikdən sonra “Səbail” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə görə “Səbail” komandası 1500 manat cərimə edilsin (maddə 52.5);

21.10.2026-cı il tarixində I Liqada VI turun “Şahdağ Qusar”– “Səbail” oyunu bitdikdən sonra “Səbail” komandasının prezidenti Mirzə Bayrampur dəhlizə daxil olaraq hakimləri təhqir etdiyinə, onlara hədə-qorxu gəldiyinə görə 4 oyun oyuna buraxılmasın, “Səbail” komandası 3000 manat cərimə edilsin (maddə 52.4, 53);

21.10.2026-cı il tarixində I Liqada VI turun “Şahdağ Qusar”– “Səbail” oyunu bitdikdən sonra “Səbail” komandasının 38 nömrəli futbolçusu Rubin Seyidov dəhlizə daxil olaraq hakimləri təhqir etdiyinə, onlara hədə-qorxu gəldiyinə görə 4 oyun oyuna buraxılmasın, “Səbail” komandası 3000 manat cərimə edilsin (maddə 52.4, 53);

22.10.2026-cı il tarixində I Liqada VI turun MOİK – “Karvan-Yevlax” oyununda MOİK komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün MOİK komandası 210 manat cərimə edilsin (maddə 43.1);

22.10.2026-cı il tarixində I Liqada VI turun MOİK – “Karvan-Yevlax” oyunu MOİK komandasının futbolçusunun formasında problem olması səbəbindən gec başladığına görə MOİK komandası 450 manat cərimə edilsin (maddə 83.5);