İqor Ribeyronun cəzası və "Neftçi"nin cəriməsi açıqlandı

İqor Ribeyronun cəzası və "Neftçi"nin cəriməsi açıqlandı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Mediasport" xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 9-cu tur oyunlarında qeydə alınmış qayda poztunuları hüquqi qiymət alıb.

“Neftçi”nin müdafiəçisi İqor Ribeyro “Turan Tovuz”la görüşdə ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəza alıb.

Braziliyalının hərəkətinə görə paytaxt təmsilçisi 1000 manat cərimə ödəyəcək.