UEFA Gənclər Liqası: "Qarabağ" Bakıda "Dinamo"ya məğlub oldu

UEFA Gənclər Liqası: "Qarabağ" Bakıda "Dinamo"ya məğlub oldu

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayıb.

"Mediasport" xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kolllektiv Xorvatiya təmsilçisi "Dinamo"nu qəbul edib.

"Azərsun Arena"da keçirilən 2-ci təsnifat mərhələsinin ilk oyunu zaqreblilərin qələbəsii lə yekunlaşıb - 2:1.

Ağdamlıların yeganə qolunu 45-ci dəqiqədə penaltidən Viktor Ani Çidioke vurub.

Cavab qarşılaşması noyabrın 4-də baş tutacaq.

Cütün qalibi növbəti mərhələdə "Benfika" (Portuqaliya) – "Pafos" (Kipr) duelinin güclüsü ilə qarşılaşacaq.